
BAKI, 1 aprel. TELEQRAF
Prezident Volodimir Zelenskinin ofisi Ukraynada növbəti prezident seçkilərinə hazırlığa başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Strana.ua məlumat yayıb.
“Ukrayna hakimiyyəti may ayının əvvəlinə qədər atəşkəsin olacağına tam əmin deyil, baxmayaraq ki, bunu istisna da etmir. Ona görə də seçkilərə əvvəlcədən hazırlaşmalıyıq. İş artıq başlayıb”, - Zelenskinin ofisindəki mənbə sayta deyib.
KİV-in məlumatına görə, seçki tarixinin müəyyən edilməsi ilk növbədə Zelenskinin komandasının qələbəsinə inamından asılı olacaq.
Mənbənin həmsöhbəti əlavə edib ki, prezidentlik yarışında Zelenski üçün ən böyük təhlükə Silahlı Qüvvələrin keçmiş baş komandanı, Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnıdır.