BAKI, 29 mart. TELEQRAF

"Avropa özünə Ukrayna məsələləri üzrə danışıqlar üçün xüsusi komanda yaratmalıdır".

Teleqraf xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb bildirib.

"Avropanın iki şeyə ehtiyacı var. Birincisi, Ukrayna məsələsi üzrə xüsusi komanda yaradılması. İkincisi isə, Ukrayna məsələləri üzrə xüsusi nümayəndə təyin edilməsi vacibdir", - deyə o qeyd edib.