BAKI, 28 mart. TELEQRAF

Birləşmiş Millətlər Təşkilatı (BMT) Kiyev hakimiyyətini Ukraynanın legitim hökuməti hesab edir.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada BMT və bir sıra dövlətlərin himayəsi altında müvəqqəti idarəetmənin tətbiqini təklif edib.

BMT-nin baş katibi Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlarda iştirak etmədiyini də vurğulayıb: “Bizim ABŞ ilə müəyyən əlaqələrimiz olub, xüsusilə ticarət məsələləri üzrə, lakin hələlik BMT Ukraynada sülh danışıqlarında iştirak etmir”.