BAKI, 28 mart. TELEQRAF

Kanadanın Rusiyadakı səfirinin müavini Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi xəbərdarlıq (demarş) təqdim edilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kanadanın Rusiyadakı səfirinin rusofob xarakterli şərhləri buna səbəb olub.

Rusiya tərəfi, xüsusilə, nasistlərin törətdiyi vəhşiliklərə bəraət qazandırmaq cəhdlərini kəskin şəkildə pisləyib və Kanadanın tarixi siyasi maraqlara uyğun saxtalaşdırmaq cəhdlərinin yolverilməz olduğunu vurğulayıb.