BAKI, 28 mart. TELEQRAF

Ukraynada ultramillətçi qrupların güclənməsi Kiyev rejiminin zəifləməsindən xəbər verir.

Teleqraf xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov Rusiyanın terrorçu qrup kimi tanıdığı "Azov"dan da danışıb: "Əvvəl "Azov" briqada idi, indi onu diviziya etməyə hazırlaşırlar. Hər yerdə faşistlərin gücü, təsir dairəsi, nüfuzu da artmaqdadır. Bu da Ukrayna hakimiyyətinin ölkəyə nəzarəti itirməkdə olduğunu göstərir".