
BAKI, 28 mart. TELEQRAF
Bu gün ABŞ vitse-prezidenti Vens və həyat yoldaşı Qrenlandiyaya səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Səfərlə bağlı xüsusi təhlükəsizlik tədbirləri ilə görülüb. Vitse-prezidentin Qrenlandiyadakı ABŞ hərbi bazasını ziyarət edəcəyi və orada qalacağı bildirilir.
ABŞ Prezidentinin Qrenlandiya ilə bağlı bəyanatları fonunda bu səfər xüsusi əhəmiyyət daşıyır. Ada sakinləri bu səfəri narahatlıqla qarşılayıb.
Danimarka tabeliyindəki muxtariyyatın Baş nazirinin səfərlə bağlı ölkəsinə heç bir məlumat verilmədiyini bildirərək səfəri "provakasiya və güc nümayişi" hesab etdiyini bildirib.