
BAKI, 27 mart. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin uzanmasında birinci tərəfi günahlandıraraq, ona qarşı sanksiyaların indi ləğvinin diplomatiya baxımından fəlakət olacağını deyib.
Teleqraf xəbər verir ki, o, bu barədə Fransanın ev sahibliyi etdiyi Ukrayna ilə bağlı liderlər sammitində çıxış edərək danışıb.
Zelenski Rusiyanın mövqeyinin sadə olduğunu və müharibəni davam etdirmək, hücumları artırmaq və diplomatiyanı gecikdirmək niyyətində olduğunu vurğulayıb. ABŞ-nin təklif etdiyi "şərtsiz atəşkəs"in tətbiqi təklifinə Ukraynanın razı olduğunu, lakin Rusiyanın təklifi rədd etdiyini qeyd edib. O, Rusiyanın Qara dənizdə atəşkəs müqabilində öz şərtlərini həyata keçirməyə çalışdığını bildirib.
Prezident Rusiyaya qarşı tətbiq edilən sanksiyaların Ukraynanın danışıqlara "məcbur edilməsi" üçün vacib olduğunu qeyd edib və bu sanksiyaların qüvvədə qalması gərəkdiyini vurğulayıb. O, Rusiya qüvvələrinin Sumi, Xarkov və Zaporojya bölgələrinə yeni hücumlar hazırladığını da ifadə edib.
Zelenski, həmçinin Ukraynanın müdafiə qabiliyyətini artırmaq üçün 5 milyard avroya ehtiyacı olduğunu və ölkənin müdafiə sənayesi üçün 20 milyard avro sərmayə qoyulmasının vacib olduğunu söyləyib.