
BAKI, 27 mart. TELEQRAF
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirib ki, ölkəsi Ukraynaya "İstəklilər koalisiyası" çərçivəsində qoşun göndərməyə hazır deyil.
Teleqraf xəbər verir ki, o, bu barədə Parisdə keçirilən sammitdə çıxışı zamanı deyib.
Bildirib ki, Rusiyaya qarşı təzyiqlərin artırılmasını dəstəkləyir. Mitsotakis Ukraynanın atəşkəs təklifini qəbul etməyə hazır olduğunu iddia edərək, müharibənin sona çatması üçün təzyiqlərin artırılmasının vacib olduğunu qeyd edib. Yunanıstan rəhbəri müharibənin tez başa çatması üçün ilkin atəşkəsin yeganə yol olduğunu bildirib.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO qüvvələrinin Ukraynada iştirakını Rusiya üçün təhlükə adlandırıb və bu cür müdaxilələri qəbul etməyəcəklərini bəyan edib.