BAKI, 26 mart. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə məcburi sülhün mümkünlüyünə dair açıqlamalar verib. O söyləyib ki, əgər münaqişənin növbəti mərhələsi məcburi və alçaldıcı sülh olarsa, bu, Ukrayna cəmiyyəti üçün ağır psixoloji və siyasi nəticələrə gətirib çıxara bilər.

Teleqraf xəbər verir ki, bu barədə Zelenski "Times" qəzetinə müsahibəsində bildirib.

"Əgər bizi məcburi sülhə vadar etsələr, Ukrayna depressiyaya düşəcək," - deyə Zelenski vurğulayıb. Prezident belə bir ssenarinin Ukrayna üçün xəyanət olacağını və ölkəsinin müttəfiqlərinin bununla razılaşmayacağına əminliyini ifadə edib.

Müsahibə zamanı Zelensk, həmçinin Rusiya ilə ABŞ arasında Ukrayna mövzusunda aparılan danışıqlara da toxunub. O qeyd edib ki, Vaşinqtonun mövqeyi Moskvanın mövqeyindən daha məqbul və sərfəlidir.

Ukrayna liderinin bu açıqlamaları, Qərbin Kiyevə dəstəyinin davam edib-etməyəcəyi ilə bağlı beynəlxalq müzakirələrin getdiyi bir vaxtda verilib.