BAKI, 25 mart. TELEQRAF

ABŞ və Rusiya Ər-Riyadda keçirilən görüşdə təhlükəsiz naviqasiyanı təmin etmək və Qara dənizdə güc tətbiqini istisna etmək barədə razılığa gəliblər.

Teleqraf "Reuters"ə istinadla xəbər verir ki, danışıqların təfərrüatları Ağ Ev tərəfindən açıqlanıb.

“ABŞ və Rusiya Qara dənizdə təhlükəsiz naviqasiyanı təmin etmək, güc tətbiqini aradan qaldırmaq və ticarət gəmilərindən hərbi məqsədlər üçün istifadənin qarşısını almaq barədə razılığa gəliblər”, - deyə məlumatda bildirilir.