BAKI, 25 mart. TELEQRAF

Almaniyada Berlin Divarı Muzeyinin rəhbəri olan 66 yaşlı Aleksandra Hildebrandt 10-cu övladını dünyaya gətirib.

Teleqraf xəbər verir ki, bu barədə dpa-nın yaydığı məlumatda bildirilib. Aleksandra martın 19-da Berlindəki Charite Universitetinin Tibb Mərkəzinin Virxov klinikasında qeysəriyyə əməliyyatı ilə doğum edib.

O, uşaq sahibi olmağın gözəlliyinə inanır və insanları çoxuşaqlı olmağa təşviq etmək istədiyini bildirib.

Aleksandra sağlam həyat tərzi keçirdiyini, müntəzəm olaraq fiziki fəaliyyətlə məşğul olduğunu, siqaret çəkmədiyini və içki içmədiyini qeyd edib.

Qeyd edək ki, həkimlərin rəylərində qadınlarda 40 yaşdan sonra doğuş nisbətinin sürətlə azaldığı bildirilir.