BAKI, 25 mart. TELEQRAF

Rusiya Müdafiə Nazirliyi Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin prezidentə bağlı briqadanı məhv etdiyini açıqlayıb.

Teleqraf nazirliyin açıqlamasına istinadla xəbər verir ki, Rusiya ordusu Ukrayna qoşunlarının mexanikləşdirilmiş briqadası, üç hava-desant-hücum briqadası, dəniz piyadaları briqadası və ərazi müdafiə briqadası üzərinə də zərbələr endirib.

Döyüşlər Qornal, Quevo, Oleşnya və Qoqolevka yaşayış məntəqələri ərazilərində baş verib: "Rusiya hərbçiləri, həmçinin Ukrayna Silahlı Qüvvələrinin üç əks-hücumunu dəf etməyi bacarıb. Ukrayna hərbi birləşmələrinin məhv edilməsi əməliyyatı davam edir", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, bundan öncə Rusiya hərbi ekspertləri ordunun bu həftənin sonuna qədər Kursk bölgəsini azad etməyi bacaracağı barədə fikirlər paylaşmışdı.