BAKI, 24 mart. TELEQRAF

"Rusiya və ABŞ nümayəndə heyətləri Ər-Riyyadda texniki məsləhətləşmələr apardıqdan sonra hesabatlar hazırlanıb və artıq hər iki ölkənin rəhbərinə göndərilib".

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə jurnalistlərə deyib.

O, danışıqların məzmununun açıqlanmayacağını bildirərərk, danışıqların yalnız texniki xarakter daşıdığını söyləyib.

Peskov əlavə edib ki, nümayəndə heyətlərinin göndərdiyi hesabatlar təhlil olunur və yalnız bundan sonra hansısa anlaşmanın mümkünlüyü barədə danışmaq olacaq.

Xatırladaq ki, Rusiya və ABŞ nümayəndələri arasında məsləhətləşmələr bir gün əvvəl Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilib. 12 saatdan çox davam edən görüş, əsasən, Ukrayna münaqişəsinin həlli ilə bağlı bir neçə məsələyə həsr olunub.