
BAKI, 25 mart. TELEQRAF
Aleksandr Lukaşenko inauqurasiya mərasimində and içərək, Belarus prezidenti vəzifəsinin icrasına başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.
“İlk növbədə hamımızı seçkilərdəki qələbə münasibətilə təbrik etmək istərdim. Bu, təkcə mənim deyil, milyonlarla belaruslunun qələbəsidir. Yanvarın 26-da biz daha bir tarixi yol ayrıcını keçdik. Biz onu inamla və müdrikliklə, yoldan dönmədən keçdik”, - deyə Belarus lideri bildirib.
Qeyd edək ki, Belarusda prezident seçkiləri bu il yanvarın 26-da keçirilib. Aleksandr Lukaşenko səslərin 86,82 faizini qazanaraq, yenidən ölkə prezident seçilib.