BAKI, 25 mart. TELEQRAF

ABŞ və Ukrayna nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında növbəti görüşü keçirilir.

Teleqraf xəbər verir ki, bu barədə “Obşçestvennoe” nəşri məlumat yayıb.

Qeyd olunub ki, ABŞ və Rusiya nümayəndələrinin görüşündən bir gün sonra Səudiyyə Ərəbistanında ABŞ-Ukrayna nümayəndələri müzakirələr aparırlar.

"ABŞ və Ukrayna nümayəndələri Qara dənizdə atəşkəs və 30 gün ərzində enerji infrastrukturuna hücumlara son qoyulmasını müzakirə etmək üçün Ər-Riyadda danışıqların növbəti mərhələsini keçirirlər", - deyə məlumatda bildirilir.