BAKI, 24 mart. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparat (PUA) Belqorod vilayətində yerləşən Müqəddəs Məryəmin Müjdəsi Kilsəsini hədəfə alıb.

Teleqraf xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, hücum "Yasnıye Zori" kəndində qeydə alınıb:

"Belqorod vilayətində, "Yasnıye Zori" kəndində Ukrayna ordusunun PUA-sı Müqəddəs Məryəmin Müjdəsi Kilsəsinin binasına zərbə endirib, günbəz zədələnib", - deyə o bildirib.

Hadisə nəticəsində insan tələfatı və ya digər dağıntılar barədə əlavə məlumat verilməyib.