BAKI, 24 mart. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Belqorod vilayətinin Popovka kəndinə daxil olublar.

Teleqraf xəbər verir ki, bu barədə “Rus Baharının Müharibə Müxbirləri” (RV) teleqram kanalı məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Belqorodun Popovkasına daxil olub və qalaya hücum edirlər: sərhədçilər onlara atəş açıblar”, - deyə qeyd olunub.