BAKI, 24 mart. TELEQRAF

Amerika tərəfi Rusiya nümayəndələri ilə görüşünü başa vurduqdan sonra Ər-Riyadda ABŞ və Ukrayna danışıqlarının növbəti raundu keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Vaşinqton və Kiyev rəsmiləri arasında dünənki görüşdən sonra onlar arasında danışıqların növbəti raundunun keçiriləcəyi gözlənilir. Rəsmilər mülki və enerji infrastruktur obyektlərinə zərbələrin endirilməməsi, həmçinin Qara dənizdə hərbi əməliyyatların dayandırılmasını müzakirə edə bilərlər", - nəşr belə qeyd edir.

Xatırladaq ki, hazırda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və Amerika nümayəndə heyətləri arasında Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar keçirilir.