
BAKI, 23 mart. TELEQRAF
Ukrayna Hərbi Hava Qüvvələri Xerson vilayətinin işğal olunmuş ərazisində Rusiya ordusunun bir bölüyünü məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayımlayıb.
Məlumatda deyilir ki, zərbələr nəticəsində Rusiya ordusunun Dnepr çayındakı katerləri, hərbi əmlakı, texniki təchizatla doldurulmuş yardım anbarı da sıradan çıxarılıb.
.