BAKI, 22 mart. TELEQRAF

ABŞ və Türkiyə prezidentləri Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında son telefon danışığı əla alındı, bu, dönüş nöqtəsidir.

Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.

Xüsusi elçi Trampın Ankaraya təyin etdiyi yeni səfir Tomas Barrakdan fövqəladə iş gözlədiklərini bildirib.

“Düşünürəm ki, Prezident Trampın Ərdoğanla yaxşı münasibəti var, bu, önəmli olacaq. Yaxşı şeylər olacaq. Həmin görüş nəticəsində hazırda Türkiyədən çoxsaylı müsbət xəbərlər gəlir. Yaxın günlərdə bunların xəbərlərini eşidəcəksiniz”, - Uitkoff vurğulayıb.

Xatırladaq ki, ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı martın 16-da baş tutub.