BAKI, 26 iyun. TELEQRAF
Türkiyə danışıqlar üçün Rusiya və Ukrayna nümayəndə heyətləri arasında yenidən görüş təşkil etməyə hazırdır.
Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.
Onun sözlərinə görə, Türkiyə Rusiya ilə Ukrayna arasındakı münaqişənin tezliklə bitməsini istəyir.