BAKI, 11 mart. TELEQRAF

Rusiya ilə müharibədən sonra Ukraynanın təhlükəsizlik zəmanətini təmin etməyin hərbi qüvvələrin oraya göndərilməsindən başqa digər yolları da var.

Teleqraf xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte bildirib.

"Fransa və Böyük Britaniya təşəbbüs göstərdi, atəşkəs əldə edildikdən sonra təhlükəsizlik zəmanətlərinin təmin edilməsi məsələsi gündəmə gələcək. Bunun mümkün yollarından biri Avropanın Ukraynaya hərbi qüvvələrini göndərməsi ola bilər, amma bunu etmək üçün digər yollar da mövcuddur. Lakin, ABŞ Prezidenti Donald Trampın dediyi kimi, hələ sülh əldə edilməyib", - o qeyd edib.