BAKI, 7 mart. TELEQRAF

Rusiya gecə saatlarında Ukraynaya kütləvi hava zərbəsi endirib və ilk dəfə olaraq Fransanın “Mirage-2000” qırıcıları hücumun dəf edilməsində iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

“Düşmənin hava hücumu zenit-raket bölmələri, elektron döyüş texnikası Ukrayna Hərbi Hava və Müdafiə Qüvvələrinin mobil atəş qrupları tərəfindən dəf edilib. Həmçinin döyüş təyyarələri, xüsusilə F-16 və “Mirage-2000” təyyarələri cəlb olunub”, - məlumatda deyilir.

Ukrayna hərbi aviasiyası qeyd edib ki, bir ay əvvəl Ukraynaya göndərilən Fransa qırıcıları ilk dəfə olaraq Rusiyanın hücumunun dəf edilməsində iştirak ediblər.