BAKI, 5 mart. TELEQRAF

Moldovanın Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Lilian Darii martın 5-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Notanın səbəbi Moldova Prezidenti Maya Sandunun Rusiyanın Kişinyovdakı səfiri Oleq Ozerovun etimadnaməsini qəbul etməməsidir.

Qeyd edək ki, B.Ozerov 2024-cü ilin oktyabrında Moldovaya səfir təyin olunub.