
BAKI, 4 mart. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də ABŞ Prezidenti Donald Trampla görüşdə baş verənlərdən təəssüfləndiyini bildirərək, Ağ Ev rəhbərliyindən üzr istəməyib.
Teleqraf xəbər verir ki, o deyib: "Cümə günü Ağ Evdə görüşümüz planlaşdırıldığı kimi getmədi. Bunun belə olması utancvericidir. Bunu düzəltməyin vaxtıdır".
Zelenskinin sözlərinə görə, Ukrayna gələcək əməkdaşlıq və ünsiyyətin konstruktiv olmasını istərdi: "Mineral ehtiyatlar və təhlükəsizlik üzrə sazişə gəlincə, Ukrayna onu istənilən vaxt və istənilən əlverişli formatda imzalamağa hazırdır”.
Qeyd edək ki, martın 3-də "Reuters" agentliyi Ağ Evin sözçüsünə istinadən xəbər verib ki, Tramp Kiyevə bütün hərbi yardımı dayandırmaq barədə göstəriş verib. Sonra Pentaqonun nümayəndəsi bu məlumatı təsdiqləyib.