BAKI, 4 mart. TELEQRAF

Avropa İttifaqı (Aİ) ABŞ-nin iştirakı olmadan, milli maraqlarına zərər vurmadan uzun müddət Ukraynanı maliyyələşdirə bilməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Szijarto "M1" telekanalına bildirib.

“Aİ ölkələrinin uzunmüddətli perspektivdə Avropa maraqlarını əhəmiyyətli dərəcədə pozmadan Ukraynada hərbi əməliyyatları maliyyələşdirməyə davam etməsini qeyri-real hesab edirəm. Əgər Avropa bu yolda qalsa, müharibə tərəfdarı olan Avropa liderləri bu siyasəti davam etdirsələr, cəmiyyətə böyük ziyan dəyəcək”, - diplomat qeyd edib.

Bundan əlavə, Szijarto təsdiqləyib ki, Budapeşt Moskva və Vaşinqton arasında Ukraynada sülhün əldə edilməsinə yönəlmiş danışıqları dəstəkləyir.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp Kiyevə bütün hərbi yardımın dayandırılması barədə göstəriş verib.