BAKI, 20 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibəyə son qoymaq üçün təklif etdiyi razılaşma kapitulyasiyaya çox yaxındır.

Teleqraf xəbər verir ki, bunu Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib.

Siyasətçi hətta bu prosesin ABŞ-nin NATO-dan çıxmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Xarici siyasətlə bağlı fikir ayrılıqlarına görə əvvəlki hakimiyyəti dönəmində Trampın komandasından ayrılan Bolton istənilən razılaşmanın həm Ukrayna, həm də Avropanın zəifləməsi ilə nəticələnəcəyini bildirib.

“Atəşkəs olacaq, demilitarizasiya zonası yaradılacaq, danışıqlar başlayacaq, Ukrayna NATO-ya qoşulmamağa razı olacaq, bu, ancaq Kremldə yazıla bilərdi”.

Həmçinin Bolton xəbərdarlıq edib ki, Avropa liderləri Ukrayna ilə bağlı Putin-Tramp sazişini təsdiq etsələr, risklə üzləşəcəklər.