
BAKI, 19 fevral. TELEQRAF
Rusiya və ABŞ-nin milli maraqları heç vaxt tamamilə üst-üstə düşməyəcək, amma bu maraqların üst-üstə düşdüyü hallarda tərəflər bundan fayda götürməlidirlər.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Qeyd edək ki, fevralın 18-də Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində Rusiya və ABŞ arasında əlaqələrin bərpası və Ukrayna məsələsinin həlli ilə bağlı danışıqlar aparılıb.