![](https://teleqraf.az/storage/2025/02/18/715x378/zelensky-munich-msc-scholz-meeting-gettyimages-2199789864.jpg)
BAKI, 18 fevral. TELEQRAF
Rusiya ilə müharibənin bitməsini istəyirik, amma bunun üçün Ukraynaya müəyyən təhlükəsizlik təminatları verilməlidir.
Teleqraf xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“ABŞ, Avropa İttifaqı və Türkiyə daxil olmaqla, bütün Avropadan bu zəmanəti istəyirik. Bu məsələlər Prezident Rəcəb Tayyib Ərdoğanla görüşümdə də müzakirə olunacaq.
Vasitəçi roluna görə Türkiyəyə təşəkkür edirəm”, - Prezident bildirib.
Zelenski Türkiyənin müharibə boyu mühüm vasitəçi rolunu oynadığını və xüsusilə əsir mübadiləsi prosesində böyük töhfələr verdiyini söyləyib.
Ukrayna lideri ərzaq təhlükəsizliyinin də ölkəsi üçün kritik məsələ olduğunu vurğulayıb:
“Türkiyənin səyi ilə qida dəhlizi yarada bilmişdik, amma Rusiyanın əngəl törətməsi ilə bu sistem pozuldu”.