
BAKI, 18 fevral. TELEQRAF
Türkiyə müdafiə naziri Yaşar Gülər Ankarada ukraynalı həmkarı Rüstəm Umerovla görüşüb.
Teleqraf xəbər verir ki, Gülər Umerovu görüşün keçirildiyi Müdafiə Nazirliyində hərbi mərasimlə qarşılayıb.
Mərasimdən sonra müdafiə nazirləri arasında görüş olub.
Görüşdə Türkiyə Quru Qoşunlarının komandanı general Səlcuq Bayraktaroğlu da iştirak edib.