BAKI, 17 fevral. TELEQRAF
Avropanın Ukrayna ilə bağlı danışıqlarda iştirakı yersizdir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Əgər Avropa Kiyevi silahlandırmaq üçün atəşkəs tələb edəcəksə, onda onların Ukrayna ilə bağlı danışıqlarda iştirak etməsinə heç bir məna yoxdur”,- o qeyd edib.