BAKI, 17 fevral. TELEQRAF
Fransa hələ də Ukraynanın NATO-ya üzvlüyünün tərəfdarıdır, bu, ölkənin təhlükəsizliyi üçün ən effektiv təminat olardı.
Teleqraf xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan-Noel Barro deyib.
Ondan sülh sazişi bağlandıqdan sonra Rusiyanın Ukraynaya yeni hücuma keçəcəyi təqdirdə Parisin buna necə reaksiya verəcəyi soruşulub. Barro cavabında bildirib ki, Rusiyanı dayandırmağın ən yaxşı yolu Ukraynanın NATO-ya üzvlüyüdür.
“Ukraynanın alyansa üzvlüyündən imtina etmək olmaz. Fransa artıq bəyan edib ki, sülh əldə olunan gün təhlükəsizliyin ən yaxşı təminatı NATO-nun zəmanəti olacaq. Çünki bu, Rusiyanın heç vaxt sınaqdan keçirmədiyi zəmanətdir. Məncə, bu kartın oynanılacağını istisna etməməliyik. Bu, ən effektiv və ən ucuz təhlükəsizlik zəmanətidir”, - Fransa xarici işlər naziri bildirib.