BAKI, 17 fevral. TELEQRAF

Britaniyalı teleaparıcı Ceremi Klarkson Rusiya Prezidenti Vladimir Putini ölkə hökumətinin başçısı kimi görməkdən şad olacağını bildirib.

Teleqraf xəbər verir ki, teleaparıcı bu barədə “ The Sunday Times” qəzetində danışıb.

Klarkson deyib: “Mən istənilən dünya liderini... indi hakimiyyətdə olan şəxsdən üstün tutardım. Tramp, Meloni, hətta Putin: Mən onlardan hər hansına sevinclə qucaq açardım".