
BAKI, 16 fevral. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski dövlət rəsmilərinə ABŞ-la faydalı qazıntı yataqları ilə bağlı müqaviləni imzalamamağı tapşırıb.
Teleqraf bu barədə "Associated Press"ə istinadən xəbər verir.
Zelenski bildirib ki, sənəd ABŞ-nin maraqlarına xidmət edir və Ukraynaya təhlükəsizlik zəmanəti vermir.
Təklifə əsasən, ABŞ Ukraynaya etdiyi yardımların və gələcəkdə edəcəyi dəstəyin qarşılığında faydalı qazıntı yataqlarından istifadə edəcəkdi.
Zelenski vurğulayıb ki, bu proses yalnız Ukraynanın gələcəkdə Rusiyanın mümkün təcavüzlərindən qorunmasını təmin edən təhlükəsizlik zəmanətləri əsasında həyata keçirilməlidir. O, Münhen Təhlükəsizlik Konfransında bildirib ki, bu sənəd hazırda Ukraynanın maraqlarını qorumağa hazır deyil.