BAKI, 16 fevral. TELEQRAF

Əgər yaxın gələcəkdə sülh razılaşması əldə olunmasa, Ukrayna çətin vəziyyətə düşə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın Lordlar Palatasının üzvü Robert Skidelski “The American Conservative” nəşrinə müsahibəsində bildirib.

"2024-cü ildən bəri Ukraynanın vəziyyəti durmadan pisləşir və heç bir tədbir görülməsə, onlar bu münaqişəni uduzacaqlar", - Robert Skidelski bildirib.

Britaniyalı lord əlavə edib ki, hər şey olduğu kimi qalsa, Ukrayna daha acınacaqlı vəziyyətə düşəcək.

Öz növbəsində Britaniyanın “Spectator” nəşri yazıb ki, Ukraynada münaqişə bitdikdən sonra “ölkəni parçalayacaq” vətəndaş müharibəsi başlaya bilər.