BAKI, 16 fevral. TELEQRAF

Praqa polisinə şəhərin mərkəzindəki bələdiyyə binasında bombanın olması ilə bağlı anonim zəng gəlib.

Teleqraf xəbər verir ki, bu barədə "Novinki" saytı xəbər verib.

Məlumat ötən gün axşam saatlarında Bələdiyyə Evində toplantı keçirilən zaman verilib. Tədbirdə iştirak edən 500-ə yaxın insan küçəyə çıxarılıb.

Dərhal hadisə yerinə polis bölmələri, o cümlədən yanğınsöndürmə bölmələri və tibb briqadaları gəlib.

Ərazidə partlayıcı qurğu tapmadığından toplantı işinə davam edib.

Polis anonim zəngin sahibini axtarır.