BAKI, 15 fevral. TELEQRAF

Avropa ölkələri gec-tez Ukraynaya qoşun yeritmək məcburiyyətində qalacaqlar.

Teleqraf xəbər verir ki, bunu Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

“ABŞ prezidenti Donald Tramp razılaşmanın bir hissəsi kimi Avropa qoşunlarının Ukraynada olmasını deyirsə və bizdən bunu təmin etməyi tələb edirsə, gec-tez bu həyata keçiriləcək”, - deyə Radoslav Sikorski bildirib.