BAKI, 15 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Trampla danışıqlara başlamaq üçün masada “doldurulmuş tapança” olmalıdır.

Teleqraf xəbər verir ki, bu barədə İspaniyanın keçmiş xarici işlər naziri Arança Qonzales Laya bildirib.

Keçmiş nazir vurğulayıb ki, Tramp administrasiyasını tətbiq etdiyi gömrük rüsumlarını müzakirə etməyə inandırmaq üçün Vaşinqtonun siyasi baxımdan həssas nöqtələrinə təsir göstərmək lazımdır.

“Bu, işə yaramazsa, onu Ağ Evdə danışıqlar masasında oturmağa inandırmağın ən yaxşı yolu doldurulmuş tapança saxlamaq və onu masaya qoymaqdır”, - Qonzales qeyd edib.