BAKI, 15 fevral. TELEQRAF

ABŞ-nin hərbi yardımı Ukrayna üçün kritik əhəmiyyət kəsb edir, bu yardım dayandırılarsa, ölkəmizin salamat qalması çətin olacaq.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Əlbəttə, bütün çətin vəziyyətlərdə həmişə şans var. Ancaq ABŞ-nin dəstəyi olmadan salamat qalmaq şansımız çox aşağı olacaq. Hesab edirəm ki, bu, çox vacibdir, kritik əhəmiyyət kəsb edir.

Mən bizim strateji tərəfdaş olmayacağımız barədə düşünmək belə istəmirəm”, - prezident qeyd edib.

Həmçinin Zelenskinin sözlərinə görə, rusiyalı həmkarı Vladimir Putin danışıqları müharibəni bitirmək üçün yox, sanksiyaların yumşaldılması və ordunun bərpasına nail olmaq üçün başlamağa çalışır.