BAKI, 14 fevarl. TELEQRAF

Avropa İttifaqı (Aİ) ədalətli, hərtərəfli və davamlı sülh əldə olunana qədər Ukraynaya dəstəyi davam etdirmək öhdəliyini bir daha təsdiq edib.

Teleqraf xəbər verir ki, bu barədə qurumun rəhbəri Ursula fon der Leyen və Aİ Şurasının sədri Antonio Kosta Münxen Təhlükəsizlik Konfransında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşləri zamanı bəyan ediblər.

Onlar Ukrayna və Avropanın təhlükəsizliyinin yalnız bu yolla təmin oluna biləcəyini vurğulayıblar.

Liderlər gələcək danışıqlardan əvvəl Ukraynanı güclü mövqedə saxlamaq və onun təhlükəsizlik zəmanətləri almasını təmin etmək istəklərini ifadə ediblər.

Liderlər Avropanın NATO müttəfiqlərinin müdafiə xərclərini artırmalı, müdafiə qabiliyyətini gücləndirməli və Ukrayna ordusunun güclənməsinə kömək etməli olduqlarını dilə gətiriblər və Ukraynanın Aİ-yə daxil olması prosesini sürətləndirmək üçün səyləri sürətləndirmək istəklərini ifadə ediblər.