BAKI, 14 fevral. TELEQRAF

Ukraynanı NATO-da görmək istəmirlərsə və bu baş verməyəcəksə, onda bizim 1,5 milyonluq ordumuz olmalıdır.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransında jurnalistlərlə söhbəti zamanı bildirib.

Zelenskinin sözlərinə görə, Ukrayna ordusunun sayı indi demək olar ki, qeyd olunan rəqəmin yarısı qədərdir.

O əlavə edib ki 1,5 milyonluq ordunu saxlamaq indiki halda 40 milyard dollara deyil, 60 milyard dollara başa gələcək.

Xatırladaq ki, bundan əvvəl ABŞ-nin müdafiə naziri Pit Heqset "Breitbart News"a müsahibəsində bildirmişdi ki, hazırda Ukraynanın NATO-ya daxil olma ehtimalı çox azdır.