BAKI, 14 fevral. TELEQRAF

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı xəstəxanada əməliyyatdan sonrakı reabilitasiya prosesini tamamlayaraq, evə buraxılıb.

Teleqraf xəbər verir ki, bu barədə partiya rəhbərinin özü məlumat verib.

İstanbulda müalicəsini tamamlayan Baxçalı Ankaraya qayıdıb.

Xatırladaq ki, MHP lideri bir müddət əvvəl İstanbulda ürək əməliyyatı keçirmişdi.