
BAKI, 14 fevral. TELEQRAF
Hazırda kabinet dəyişikliyi məsələsi üzərində işləyirik.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Meydana necə komanda çıxaracağımızı məndən öyrənmək istəyirsiniz. Heç bir məşqçi komandasını oxumadan meydana çıxarmaz. Hazırda bunun üzərində işləyirik”, - prezident bildirib.
Ərdoğan mümkün Konstitusiya dəyişikliyindən də danışıb:
“Konstitusiya məsələsi gündəmdə birinci yerdədir. Bildiyiniz kimi, bu məsələ həmişə gündəmimizdədir. Türkiyənin yeni Konstitusiyaya ehtiyacı olduğunu unutmadan işimizi davam etdiririk”.