
BAKI, 14 fevral. TELEQRAF
Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski ilə Vladimir Putin birbaşa danışıqlar aparmalıdır.
Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin hər iki ölkə üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
O əlavə edib ki, Putinin Zelenski ilə danışmaq istəməməsinin səbəbi kimi onun “qeyri-legitim” olması ilə bağlı arqumentləri işə yaramır və onlar görüşməlidirlər.
Kelloq, həmçinin Trampın yalnız Putinlə razılaşmaq istəməsi barədə xəbərləri təkzib edib. O vurğulayıb ki, üç tərəf mütləq bir-biri ilə danışıqlar aparmalıdır.
“Zelenski və Putin birbaşa danışıqlar aparmalıdır. Hər iki tərəf (anlaşmaq üçün) nələrdənsə imtina etməlidir”, - Kelloq söyləyib.