BAKI, 14 fevral. TELEQRAF

Böyük Britaniya Rusiya əleyhinə sanksiyaları genişləndirib.

Teleqraf xəbər verir ki, Britaniya hökumətinin saytında yenilənmiş sanksiya siyahısı dərc edilib.

Məhdudiyyətlərə Böyük Britaniyaya girişin qadağan edilməsi və aşkar edilərsə, aktivlərin dondurulması daxildir.

Aşağıdakılar məhdudiyyətlərə məruz qalıb:

İş adamı Artyom Çayka

Texniki və İxrac Nəzarəti Federal Xidmətinin direktoru Vladimir Selin

Rusiya müdafiə nazirinin müavini Pavel Fradkov

“Kirov-Enerqomaş” zavodu

“Rosatom Additivnıe” Texnologiya şirkəti