BAKI, 14 fevral. TELEQRAF

Ukraynanın nüvə silahı əldə etmək ehtimalı ola bilər. Ancaq son nəticədə bu qərar tamamilə ABŞ Prezidenti Donald Trampdan asılıdır.

Teleqraf xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset “Breitbart News”a müsahibəsində deyib.

Heqset Ukrayna Prezidenti Volodimir Zelenskinin müvafiq bəyanatına belə cavab verib:

“Bu, mənim işim deyil, prezidentin işidir. Lider və danışıqları aparan odur”.

Fevralın 4-də Ukrayna prezidenti bildirmişdir ki, ölkəsinə Rusiyanın növbəti işğalına qarşı təhlükəsizlik təminatı olaraq NATO-ya üzvlük və ya nüvə silahı təklif edilməlidir. Xüsusilə, o qeyd etmişdi ki, NATO-ya üzvlük illər və ya onilliklər çəkərsə, onda Kiyevə nüvə silahı versinlər.