BAKI, 14 fevral. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın uzunmüddətli müstəqilliyinə zəmanət verən sülh sazişi ilə razılaşmasa, ABŞ Moskvanı sanksiyalarla və potensial hərbi əməliyyatlarla vura bilər.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens “Wall Street Journal”a deyib.

Vens qeyd edib ki, Vaşinqtonun Putinə qarşı istifadə edə biləcəyi bir çox iqtisadi rıçaqlar və hərbi vasitələri var.