BAKI, 14 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp fevralın 12-də əvvəlcə rusiyalı həmkarı Vladimir Putinə, sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng etməsinin səbəbini izah edib.
Teleqraf xəbər verir ki, o, bunu Rusiya liderinin mövqeyini öyrənmək üçün etdiyini bildirib.
“Kimsə dedi ki, əvvəlcə Zelenskiyə zəng etməliyəm. Mən belə düşünmürəm. Biz Rusiyanın razılaşma istəyib-istəmədiyini öyrənməliyik. Mən bilirəm ki, Zelenski anlaşmaq istəyir. Amma indi Rusiyanın da müqavilə bağlamaq istədiyini bilirəm”, - Tramp qeyd edib.
ABŞ prezidenti həm Zelenski, həm də Putinlə çox yaxşı söhbətlərinin olduğunu vurğulayıb.