BAKI, 11 fevral. TELEQRAF

Prezident Aleksandr Vuçiçi devirmək üçün xaricdən Serbiyaya təxminən üç milyard avro daxil olub.

Teleqraf xəbər verir ki, müsahibəsində Prezident özü belə deyib.

“Devrilməyim üçün nə qədər qoyulduğunu öyrənəndə sözün əsl mənasında heyrətə düşdüm. Demək istədiyim odur ki, son 10 ildə xaricdən bu məqsədlə 1,5 milyard avro göndərilib. Amma mən saymağa başlayanda məlum oldu ki, artıq pulların sayı 3 milyard avrodur”.

Onun sözlərinə görə, ölkə sürətlə inkişaf etməyə başlayan kimi xarici dövlətlər onun dağıdılmasına daha çox sərmayə qoymağa başlayıblar.