BAKI, 10 fevral. TELEQRAF

Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın komandasından olan məsul şəxslərin Ukraynaya səfər edəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri yazıb.

Zelenskinin sözlərinə görə, Vaşinqton administrasiyasının nümayəndələri Kiyevə gələn həftə, fevralın 14-16-da Münhendə keçiriləcək təhlükəsizlik konfransından əvvəl səfər edə bilərlər.

Səfərdə ABŞ-nin vitse-prezidenti J.D.Vensin də iştirakı gözlənilir.